Mərkəzi Bank: "Bu ilin yekununda pul bazasında 20%-dən çox artım olacaq"
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il pul bazasında 20 %-dən çox artım olacağını proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin deyib ki, 2023-cü ilin sonuna qədər ölkənin xarici ticarət balansında 13,9 milyard ABŞ dolları, cari əməliyyatlar balansında isə 10 milyard ABŞ dolları profisit gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 245 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Ümumi profisit cari əməliyyatlar balansındakı 5 milyard 154,6 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 2 dəfə və ya 50,1 % az), kapital hesabındakı 6,8 milyon dollarlıq kəsir (68 dəfə çox), maliyyə hesabındakı 508,6 milyon dollarlıq profisit (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 411,4 milyon dollarlıq kəsir (3,1 % çox) hesabına formalaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay