Dünya
01.11.2023 / 15:47
Rusiya Moldova üçün qazın qiymətini bahalaşdırıb
35679
2023-cü ilin noyabrında Moldova satılan Rusiya qazının qiyməti 1 min kubmetr üçün 35 dollar artaraq 830 dollar təşkil edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə “Moldovaqaz” qazpaylayıcı şirkətinin idarə heyətinin sədri Vadim Çeban öz "Telegram" kanalında məlumat verib.
Çebanın sözlərinə görə, oktyabrda qiymət 795 dollar idisə, gələn ay kalorifik dəyər nəzərə alınmaqla 830,42 dollara qalxacaq. Şirkət proqnozlaşdırır ki, 2024-cü ilin birinci rübündə Rusiya qazının Moldova üçün qiyməti 1 min kubmetr üçün 510 dollara düşə bilər.
Çeban aydınlaşdırıb ki, "Qazprom"dan gələn yanacağın bütün həcmi Dnestryanıdakı Tiraspoltransgaz şirkətinə veriləcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay