Avstriya Rusiyadan qaz idxalını iki dəfə artırıb
2023-cü ilin üçüncü rübündə Avstriyanın OMV şirkəti ölkəyə tədarük üçün "Qazprom"dan ayda orta hesabla 5,4 teravatt-saat qaz alıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bu, 2022-ci ilin üçüncü rübündə verilən 2,5 teravatt-saatdan iki dəfə çoxdur. Hesabatdan belə çıxır ki, şirkət Avstriya üçün ayda təxminən 55,8 milyon kubmetr qaz alıb. Bir il əvvəl bu rəqəm 25,85 milyon kubmetr səviyyəsində idi.
Satınalma həcmlərinin artması “Şimal axını” ilə nəqlin azalmasından sonra tədarükün bərpası və "Siemens" turbinlərindəki problemlər səbəbindən onun dayandırılması ilə bağlıdır. 2022-ci il sentyabrın əvvəlində OMV "Qazprom"dan müqavilə həcminin yalnız 30%-ni, oktyabrda isə 65%-ni alıb.
Beləliklə, Rusiya ilə Avropa arasında geosiyasi fərqlərə baxmayaraq, Avstriya üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə Rusiya qazının alışını demək olar iki dəfə artırıb. Bu, əvvəlki aylarda tədarükün azalmasını kompensasiya etməyə imkan verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay