Dünya
31.10.2023 / 14:10
Gürcüstanda ÜDM 3 rüb ərzində 6,8% artıb
35578
2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda ÜDM-in real artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,8% təşkil edib.
Valyuta.az xəbər verir ki, bunu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatları sübut edir.
Sentyabrda iqtisadi artım 5,1% təşkil edib. Qeyd edildiyi kimi, sentyabr ayında maliyyə və sığorta fəaliyyətlərində, tikinti, ticarət, mehmanxana və restoran biznesində artım müşahidə olunub. Eyni zamanda, emal sənayesi, nəqliyyat və daşınmaz əmlakda azalma qeydə alınıb.
Gürcüstanda ilin doqquz ayında mal dövriyyəsi 15,9 milyard dolları ötüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,5% çoxdur. İxrac 4,6 milyard dollardan çox (artım 12,7%), idxal isə 11,3 milyard dollardan çox (artım 18,2%) olub.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay