Aİ Rusiya almazlarına qarşı sanksiyalarla bağlı G7 ilə hələ razılaşmayıb
Avropa İttifaqı hələ də G7 ölkələri ilə rus almazlarına qarşı sanksiyaları müzakirə edir.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Daniel Şeridan Ferri Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Ferridən Yaponiyanın Osaka şəhərində keçirilən son iclasda G7 ticarət departamentlərinin rəhbərlərinin rus almazlarına qarşı sanksiyaların tətbiqi mövzusunu müzakirə edib-etməmələri soruşulub.
"Mən yalnız təsdiq edə bilərəm ki, G7 tərəfdaşları ilə danışıqlar aparılır, biz hadisələrin inkişafını gözləyə bilərik, başqa təfərrüatlar hələ yoxdur", deyə Avropa Komissiyasının üzvü bildirib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel oktyabrın əvvəlində bəyan edib ki, Aİ Rusiya almazlarına qarşı sanksiyaların tətbiqi məsələsini fəal şəkildə nəzərdən keçirir. Bunu daha sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də təsdiqləyib. Onun sözlərinə görə, Aİ ölkələri G7 tərəfdaşları ilə sıx koordinasiyada Rusiyanın almaz hasilatı və satışından əldə etdiyi gəliri kəsmək yollarını öyrənirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay