Keçmiş deputatın bankına protokol yazıldı
“AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) yol hərəkəti əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
“AGBank” ASC-nin keçmiş deputat Çingiz Əsədullayevə məxsus olduğu bildirilir. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsusdur.
“AGBank” ASC hazırda ləğv prosesindədir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay