Aİ liderləri çoxillik büdcənin artırılması ilə bağlı razılığa gələ bilmədi
Avropa İttifaqı dövlətlərinin və hökumətlərinin liderləri qurumun növbəti 4 il üçün çoxillik büdcəsinin artırılması ilə bağlı razılığa gələ bilməyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Bu, Ukraynaya maliyyə və hərbi dəstək verilməsinə, həmçinin miqrasiya böhranı ilə mübarizəyə mane olur. Aİ sammitinin bəyanatında icma liderlərinin ilin sonuna qədər razılıq əldə etmək məqsədi ilə işi davam etdirmək qərarına gəldiyi bildirilib.
İyunun 20-də Avropa Komissiyası Aİ ölkələrini 2024-2027-ci illər üçün icma büdcəsinə əlavə töhfələr verməyə çağırıb. Bu, növbəti 4 il üçün Ukraynaya 50 milyard avro məbləğində büdcə yardımı və 20 milyard avro məbləğində hərbi yardım proqramının təsdiq edilməsi üçün lazımdır. Lakin büdcələri anti-Rusiya sanksiyaları ilə bağlı iqtisadi problemlərdən əziyyət çəkən Aİ ölkələrində bu təklif həvəssiz qarşılanıb. Ona görə də Aİ-dən Ukraynaya uzunmüddətli yardım proqramları hələ qəbul edilməyib.
Aİ büdcəsi üçün əsas maliyyə mənbəyi üzv ölkələrin ÜDM-ə mütənasib olaraq birbaşa töhfələridir ki, bu da bütün gəlirlərin 70%-dən çoxunu təşkil edir. Bundan əlavə, Aİ büdcəsi karbon ticarətindən və Aİ ölkələrinin vətəndaşlarından tutulan digər ümumavropa ekoloji ödənişlərdən gəlir əldə edir.
Büdcə ittifaq miqyasında siyasətin (kənd təsərrüfatı sahəsində; nəqliyyat şəbəkələrinin inkişafı; geridə qalmış regionlara yardım; tədqiqatların aparılması və Aİ-dən kənarda inkişaf etməkdə olan ölkələrə dəstək üçün) və ittifaqın inzibati aparatının maliyyələşdirilməsinə sərf olunur. Büdcənin təxminən 5%-i idarəetməyə, təxminən 95%-i isə ümumittifaq siyasətinə sərf olunur.
Digər gəlirlərə Aİ qurumlarının işçilərinin maaşlarına görə vergilər, bank depozit dərəcələri, Aİ üzvü olmayan ölkələrin töhfələri, istifadə olunmamış vəsaitlərin geri qaytarılması, Aİ qanunlarını pozan şirkətlərin cərimələri və əvvəlki ilin büdcə profisiti daxildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay