Dünya
26.10.2023 / 16:42
Qazaxıstan əcnəbilərə bank kartlarının verilməsi qaydasını sərtləşdirir
35328
Qazaxıstan Milli Bankı bankların əcnəbilərə yalnız ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olduqda kart verməsini nəzərdə tutan qərar hazırlayıb.
Tənzimləyici belə bir tələbin zəruriliyini Qazaxıstanda qeyri-rezidentlər tərəfindən qeyri-qanuni əməliyyatlar, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və qumar oyunları üçün kartların istifadəsi risklərinin minimuma endirilməsi ilə izah edib.
Fevral ayında Qazaxıstan hakimiyyəti hüquqi status almaq istəyən mühacirlərə qarşı tələbləri sərtləşdirib. İndi müvəqqəti yaşamaq üçün icazə almaq istəyən şəxs yaşamağı planlaşdırdığı əmlakın sahibi ilə birlikdə dövlət qurumunun qəbuluna gəlməlidir.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay