BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
35268

ABŞ və Avropa İttifaqı səlahiyyətliləri kritik mineral ehtiyatlara çıxışı təmin etməli olan Afrika enerji dəhlizinin inkişafına dair memorandum imzalayacaqlar. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, infrastruktur layihəsi "Global Gateway" adlanır, onun ümumi dəyəri 317 milyard dollardır. Həmsöhbətlər agentliyə bildiriblər ki, dəhliz Anqolanın Lobito limanı vasitəsilə Zambiyanın şimal-qərb bölgələrini və Konqo Demokratik Respublikasının cənub hissəsini qlobal enerji bazarları ilə birləşdirməyə kömək edəcək. Planlara əsasən, ilk olaraq Zambiya və Anqola arasında dəmir yolu genişləndiriləcək.

Mənbələrin bildirdiyinə görə, yeni təşəbbüs Afrikadakı əsas resurslara çıxış üçün Qərb bloku ilə Çin arasında artan rəqabətlə bağlıdır. Çinin qitədəki təsirini məhdudlaşdırmaq üçün Qərb ölkələri Moldova, Banqladeş, Mavritaniya və Qazaxıstan da daxil olmaqla tərəfdaşlarla 30 müqavilə imzalamağa hazırlaşır.

"Bloomberg"in məlumatına görə, Avropa hakimiyyəti hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və özəl biznesdən maliyyə cəlb etməklə məşğuldur. Layihə müəlliflərinin fikrincə, onun həyata keçirilməsi üçüncü ölkələrin Afrikanın enerji resurslarına çıxışını asanlaşdıracaq. Agentlik belə qənaətə gəlir ki, yeni dəhliz on il ərzində 1 trilyon dollarlıq investisiya cəlb edən Çinin “Bir kəmər, bir yol” layihəsinə rəqib olmalıdır.

Afrikanın müxtəlif çeşidli mineral ehtiyatları var ki, onların çoxu dünyanın ən zəngin yataqları hesab olunur. Qitədə böyük neft, kömür, qara və xüsusilə əlvan metal filizləri (dəmir, manqan, mis, sink, qalay, xromit), nadir metallar və uran filizləri, həmçinin boksit ehtiyatları mövcuddur.  Qeyri-metal minerallardan fosforitlər və qrafit yataqları ən qiymətlidir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin