BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
35259

Çində polis qanunsuz şirkətə qarşı keçirdiyi əməliyyat zamanı minə yaxın pişiyi donuz və ya qoyun əvəzinə kəsilib satılmaqdan xilas edib.

Valyuta.az xəbər verir ki, polis Zanqjiaqanq şəhərində dayandırılan bir yük maşınının yük yerində təxminən min pişik tapdıqlarını açıqlayıb. Səlahiyyətlilərin açıqlamasına görə pişiklər tapılmasaydı, kəsim məntəqələrinə aparılaraq orada kəsiləcəkdi. Ətləri isə donuz və quzu əti adı ilə kabab, yaxud kolbasa üçün satılacaqdı. Xəbərdə məsələ ilə bağlı həbslərin olub-olmadığı bildirilməyib və pişiklərin yaxınlıqdakı Tayçanq sığınacağına aparıldığı bildirilib. Pişiklərin ev heyvanları və ya sahibsiz olduqları barədə açıqlama verilməyib. 

Pişikləri isə çin heyvansevərləri aşkarlayıb. Fəallar ilk olaraq Zanqjianqda qəbirstanlığın yaxınlığında mismarlanmış taxta qutuların içərisində çoxlu sayda pişik saxlanıldığını aşkarlayıb. Daha sonra fəallar ətrafda altı gün boyunca axtarış aparıb. Nəhayət içi pişiklə dolu olan qutular yük maşını vasitəsilə kəsim məntəqəsinə aparılarkən polis tərəfindən saxlanılıb. 

Fəalların fikrincə, pişik ətinin bir kiloqramı qoyun və ya donuz əti kimi təxminən dörd dollara satılır. Hər pişik emaldan sonra 4-5 kilo gəlir. Çində mal-qaranı və nəsli kəsilməkdə olan heyvanları qoruyan qanunlar var. Amma ölkədə ev heyvanlarına, sahibsiz pişiklərə və itlərə qarşı zorakılıq üçün konkret qanunlar yoxdur. Çində heyvan və ətraf mühitin müdafiəsi fəalları uzun müddətdir ki, ənənəvi tibbi müalicələrdə heyvan ətlərinin istifadəsinə qarşı mübarizə aparırlar.

Digər tərəfdən Yulində hər il keçirilən it əti festivalına qarşı reaksiyalar günü-gündən artmaqdadır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin