BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
35258

ABŞ-da avtomobil işçiləri 4 günlük iş və daha çox qazanc üçün etiraz məqsədilə tətilə çıxıb. 

Valyuta.az xəbər verir ki, ABŞ-da avtomobil işçiləri etiraz aksiyalarını davam etdirərkən, sektorun nəhənglərindən olan "General Motors" (GM) həftədə 200 milyon dollar itki ola biləcəyini bildirdi . Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) verdiyi açıqlamada, GM-in Texas ştatının Arlington şəhərindəki fabrikində tətilə daha 5 min işçinin qatıldığı açıqlanıb. Fabrikdə "Chevy Tahoe", "GMC Yukon" və "Cadillac Escalade" kimi yuxarı seqmentli vasitələrin istehsal edildiyinə diqqət çəkilib, şirkətin ən çox gəlir gətirən müəssisəsinin işçilərinin işdən ayrıldığı qeyd olunub.

Beləliklə, UAW-nin sentyabrın 15-də başlatdığı, "Ford" və "Stellantis" şirkətləri ilə yanaşı GM-a da zərbə vuran tətildə iştirak edən işçilərin sayı 45 minə yüksəlib. Böyük Britaniyanın ictimai yayımçısı BBC-nin məlumatına görə, birliyin tarixində ilk dəfə olaraq eyni dövrdə hər üç avtomobil nəhəngində iş dayanıb. UAW-nin açıqlamasında, “Detroit Üçlüyü” kimi tanınan avtomobil nəhənglərinin bu ilin ilk yarısında cəmi 21 milyard dollar mənfəət əldə etdiyi bildirilib. Həmkarlar ittifaqı isə buna baxmayaraq avtomobil şirkətlərinin qazandıqları gəlirdən işçilərə ədalətli pay verəcək müqavilələri qəbul etmədiyini bildirib. 

GM tərəfindən edilən açıqlamada tətilin genişləndirilməsi "lazımsız və məsuliyyətsiz" olaraq xarakterizə edilib və aşağıdakı ifadələrə yer verilib: "Bu, öz dolanışıqlarını qurban verən komandamızın üzvləri üçün zərərlidir. Həmçinin dilerlərimizə, təchizatçılarımıza, bizə güvənənlərə mənfi təsir göstərir. İndi bu prosesə son qoymaq vaxtıdır". Açıqlamada şirkətin tətil başlayandan bəri artıq 800 milyon dollar itirdiyi, sonrakı dövrdə isə həftədə 200 milyon dollar zərər gözlənildiyi bildirilib.

UAW-nin "Ford", GM və "Stellantis"lə apardığı danışıqlarda təxminən 150 min işçinin yeni müqaviləsi üçün razılıq əldə oluna bilməyib. Bu səbəbdən UAW üzvü olan işçilər də tətilə çıxmaq qərarına gəliblər. Bu vaxta qədər birlik tətili genişləndirərək 22 ştatda 8 montaj zavodu və 38 hissə paylanması mərkəzini əhatə edib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin