
Ağır cinayətdə təqsirləndirilən əcnəbi iş adamının məhkəməsi başlayır
Azərbaycanda ağır cinayət törətməkdə təqsirləndirilən əcnəbi iş adamının məhkəməsi başlayır.
Valyuta.az xəbər verir ki, söhbət Al-Ubeydi Ədhəm Məhəmməd oğlundan gedir.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Noyabrın 3-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək. Rəhimov Sadiq Vidadi oğlu iş üzrə zərərçəkən qismində tanınıb.
Al-Ubeydi Ədhəm Məhəmməd oğlu “Narginer RR” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.
“Narginer RR” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay