BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
35138

Silikon Vadisində elm dünyasının sərhədlərini zorlayan və itlərin ömrünü uzatmağı hədəfləyən yeni bir araşdırmaya başlanılıb. Biotexnologiya şirkəti “Loyal”, itlərin ömrünü uzada bilən tablet şəklində olan dərmanın klinik sınaqlarına başlandığını açıqlayıb.

Mütəxəssislər bu tədqiqatının sevimli dostlarımızın ömrünü uzatmaq potensialına malik olduğunu düşünürlər.

Kompleks layihə ilkin olaraq yaşlı bir it üzərində həyata keçiriləcək. ABŞ-da baytarlıq klinikaları vasitəsilə aparılacaq bu dörd illik tədqiqatın 2023-cü ilin sonunda başlaması planlaşdırılır. 10 yaşdan yuxarı iştirakçı itlər üzərində aparılacaq təcrübənin baytarlıq sahəsində indiyə qədər aparılan ən əhatəli araşdırmalardan biri olduğu bildirilir.

“Loyal”ın baytarlıq direktoru Dr. Brennen McKenzie bu layihənin təkcə itlərin ömrünü uzatmaq deyil, həm də onların sağlam və xoşbəxt həyat sürmələrini təmin etmək məqsədi daşıdığını vurğulayıb. 

Ümid olunur ki, bu innovativ təşəbbüs təkcə ev heyvanları aləminə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərəcək. İtlər bir çox bioloji və ətraf mühit faktorlarına görə insanlara bənzədiyindən, nəticələrin insan təbabətinə də təsiri ola bilər. Dr. McKenzie, itlər üzərində aparılan araşdırmaların, xüsusilə xərçəng və idrak qabiliyyətinin zəifləməsi kimi sahələrdə insan sağlamlığı üçün müalicələrə işıq tuta biləcəyini ifadə etdi.

Ancaq dərmanın dəqiq tərkibi və fəaliyyəti haqqında məlumat hələ açıqlanmayıb. Kommersiya sirri kimi qorunan bu məlumat test nəticələrinə görə ictimaiyyətlə paylaşılacaq. Sınaq uğurlu olarsa, “Loyal” bu ömrü uzadan əlavəni ev heyvanları sahiblərinə təqdim etməyi planlaşdırır. Şirkət bildirir ki, bu dərman itlər üçün təhlükəsizdir və uzunmüddətli yan təsirləri ehtimalı azdır.
Dr. McKenzie, layihənin heyvan sağlamlığı sahəsində dönüş nöqtəsi olacağına ümid edir və yaxın illərdə itlərin ömrünü uzadan daha çox müalicə variantının ortaya çıxacağına inanır. Ümid olunur ki, bu təşəbbüs alimləri və ev heyvanları sahiblərini sevimli heyvanlarının daha sağlam və dolğun həyat sürməsinə kömək etmək üçün yeni üfüqlərə aparacaq.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin