"Muğan Bank"a borcu olanlar krediti necə ödəyəcək? - Ekspert
Artıq bir neçə gündür ki, “Muğan Bank”ın lisensiyası ləvğ edilib. Digər banklar kimi bu bankdan da kredit götürənlərin sayı çoxdur. Amma cəmiyyətdə belə bir fikir formalaşıb ki, bağlanan bankdan götürülən kreditlər geri qaytarılmaya bilər.
“Muğan Bank”dan kredit götürən şəxslər bankın bağlandığını bəhanə edib borcunu geri qaytarmaya bilər?
İqtisadçı ekspert Eyyub Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki, umumiyyətlə bu kimi hallar qanunvericilikdə öz təsbitini tapıb:
"Bank ləğv olunanda ona Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilir və müvafiq prosedurlar həyata keçirilir. “Muğan Bank” həm də Əmanətlərin Sığortalanması Fondunun üzvüdir. Kredit götürənlərin öhdəlikləri həmin fond tərəfindən tənzimlənir. Həmin kreditlər götürülərək digər şəxslərin depozitləri qaytarılır”.
Ekspert hesab edir ki, bu günə kimi kreditorlar hansı formada vəsaitlərini ödəyirdisə, həmin formada da ödənişlərini bundan sonra həyata keçirəcək:
"Kredit öhdəliyi qanunlara təsbit edilir və həmin öhdəlik ləğvedicinin sərəncamına keçirlir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay