Bank
24.10.2023 / 11:32
Azərbaycanda ödəniş kartlarının sayı 16 milyona çatıb
35122
2023-cü il oktyabr ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd təşkil edib.
Valyuta.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.4%, kredit kartları üzrə 23.8% təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay