BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
35043

Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna (İKZF) müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub.

Valyuta.az xəbər verir ki, bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.

Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26 % çoxdur.

İ. Kələşov qeyd edib ki, bu il Azərbaycanda 5 minə yaxın şəxs ipoteka kreditlərindən, 1 mindən çox şəxs isə kirayə mənzil mexanizmindən istifadə edib:

“İstər ipoteka kreditləşməsində, istərsə də kirayə mənzil mexanizmində əsas göstəricilər son 3 illə bağlıdır. Belə ki, son 3 ildə 16 mindən çox şəxsə 1,2 milyard manat ipoteka krediti ayrılıb. Ümumilikdə 3 ildə Fondun xətti ilə 20 mindən çox vətəndaş öz mənzil şəraitini yaxşılaşdırmağa nail olub”.

İ. Kələşov vurğulayıb ki, hər iki məhsul dövlət dəstəyi ilə kifayət qədər əlverişli şərtlərlə təqdim edildiyi üçün bu məhsullara əhali arasında yüksək maraq var: "Bizim əməliyyatlarımızın böyük hissəsi avtomatlaşdırıldığından ümumi daxil olan müraciətlərin tam reyestrini apara bilirik”.

O əlavə edib ki, ipoteka kreditləşməsi və kirayə mənzil mexanizmindən istifadə edərək mənzil sahibi olanların böyük əksəriyyəti gənc ailələr və gənclərdir: "Statistik olaraq bu gün hər iki mexanizmdən istifadə edərək mənzil sahibi olanların 67 %-i gənclərdir. Ümumilikdə ipoteka kreditləşməsi üzrə orta yaş həddi 34 yaş təşkil edir". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin