Xəbər
23.10.2023 / 10:42
Məhkəmə sabiq nazirlə bağlı qərar verdi
35034
Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq orqanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün növbəti dəfə məhkəməyə müraciət edib.
Səbail Rayon Məhkəməsi iri həcmli iş üzrə araşdırmanın davam etməsi səbəbindən təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Əliyevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Rafael Əliyev ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri ilə həbs edilib.
Eks-nazir 144 milyon manat mənimsəmədə ittiham olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay