Şəxsi mülkiyyətimdə olan torpaq sahəsini satan zaman vergi ödəməliyəm?
Şəxsi mülkiyyətimdə olan torpaq sahəsini satmaq qərarına gəlmişəm. Bilmək istərdim: bu zaman hansısa vergi ödəməliyəmmi?
Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Belə ki, fiziki şəxs özünəməxsus torpaq sahəsini təqdim etdiyi zaman notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğində (torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq) Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq edilmir.
Müraciətlə bağlı ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazini dəqiq göstərməklə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay