
Sahibkarlar qiymətləri niyə artırırlar?
“Hazırda qiymət artımına təsir göstərən əsas amil idxal olunan məhsulların bazarda yüksək paya malik olmasıdır. İdxal məhsullarında qiymət artımını kəskin şəkildə müşahidə edirik. Buna səbəb, inhisarçılıq və kredit resurslarına sahibkarların çıxma imkanlarının məhdud olmasıdır”.
Bunu iqtisadçı Elşad Məmmədov əsassız qiymət artımlarının səbəbi haqqında Valyuta.az-a danışarkən dedi.
Ekspert istehsalı lazımi səviyyədə olmayan məhsulların qiymətlərinin artdığını dedi: “Kredit resursları bahadır və sahibkarlar bahalıqdan başqa həm də girov bazası ilə bağlı əziyyətlər çəkirlər. Bu əziyyətlər də nəticədə yerli istehsalın azalmasına, lazımi səviyyədə olmamasına gətirib çıxarır. Beləliklə, məhsulun az olması qiymətlərin artmasına şərait yaradır. Təəssüf ki, ticarət şəbəkələrində, xüsusilə böyük inhisarçılıq var. Yerlərdə sahibkarlar məhsulları bir qiymətə satırlar, onların istehsal etdiyi məhsullar isə bazarda dəfələrlə baha qiymətə pərakəndə satışa çıxarılır. Bu da bir problemdir“.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay