BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
34650

Lazer epilyasiyası son dönəmlərin populyar biznesidir. Çünki bu sahəyə hər gün tələb artır. Tələb olduğu üçün bu sahədə öz işini qurmağa maraq göstərənlər də çoxdur. Bəs lazer biznesinə başlamaq istəyənlər nələri bilməlidir?

Mütəxəssis Fəridə Cəfərova Valyuta.az-a açıqlamasında ilk olaraq lazer epilyasiya aparatlarının qiymətlərindən danışdı: “Lazer aparatları üç sistemə bölünür: foto epilasiya, aleksandrit, diod. Ümumiyyətlə, qiymətlər 10 mindən 150-200 minə qədər olur. Çox adam aleksandritə üstünlük verir. Aleksandrit ən bahalı cihazlar sayılır, qiyməti 150-200 min civarındadır. Foto epilyasiya köhnə sistemdir, onun qiyməti münasibdir. Belə ki, 10-15 min manat arası foto epilyasiyaların qiymətidir. 15-30 min arası diodlardır. Diod axırıncı sistemdir. Aleksandrit isə köhnədir. Avropa ölkələrində aleksandrit istifadə olunmur, ancaq Azərbaycanda və bizə yaxın ölkələrdə istifadə olunur. 1-2 ilə ümumiyyətlə, o cihazlar olmayacaq. Ona görə, o istiqamətə pul yatırmağı məsləhət görməzdim”.

F.Cəfərova deyir ki, bazarda aparat gətirən şirkətlər çoxdur, aldanmamaq üçün yaxşı araşdırmaq lazımdır: “Aleksandrit cihazları ən bahalı sayıldığına görə son illər ölkəyə bu sistemin də kopyaları gətirilir. Hansi ki, xarici görünüşcə oxşardır, daxildən isə tam fərqli. Bu yolla alıcılar aldadılır. Ona görə, hansı növ aparat alırsınızsa alın, mütləq düzgün seçim etməlisiniz. Aparat gətirən şirkətlər çoxalıb. Bu aparatlar bizə Çindən gəlir. Çin isə elə ölkədir ki, ən yaxşısını da istehsal edə bilər, ən pisini də. O bazarda hər cür məhsul var. Onu yaxşı araşdırıb, seçmək lazımdır”.

Mütəxəssis büdcəsi az olub, lazer biznesinə başlamaq istəyənlərə foto epilyasiya cihazını məsləhət görür: “Foto epilyasiya yeni başlayanlar üçün yaxşıdır, başlıqları fərqli olur. Sadəcə onun işığı çox olur, lazeroloqun gözünü yorur, zəiflədir, başını ağrıda bilər. Bu cihazlarda bir müddətdən sonra qızmalar baş verir deyə, ard-arda müştəri qəbul edə bilmir. Bu cihaz sərində saxlanılmalıdır, yayda daha çox qızır. İndi üzü qışa doğru gedir, qışda müştəri də az olur, isti də olmur deyə işləmək olar. Sıfırdan başlayanlar, işin necə alınacağını bilməyənlər, büdcəsi az olanlar foto epilyasiya ilə başlaya bilər. Amma büdcəsi varsa, yaxşısından başlamaq istəyirsə, məsləhət görülən cihaz dioddur. Çünki diod yeni cihazdır, aleksandrit isə köhnə olduğuna görə bir müddət sonra bazardan çıxa bilər”.

Lazer epilyasiya biznesinə başlamaq üçün iki üsul var: aparatları almaq, yaxud da icarəyə götürmək. F.Cəfərova deyir ki, biznes adamı əlindəki məbləğə əsasən qərar verməlidir: “Foto epilyasiya cihazlarının icarə qiymətləri 400-500 manat, diod cihazlarının qiyməti 800-900 manat, aleksandrit cihazları isə 2500-3500 manat arası olur. Əgər çox bahalı sistemlə başlayacaqsınızsa, əlbəttə, icarəyə götürərək başlamağınızı məsləhət görərdim. Amma daha münasib qiymətli cihazla başlayacaqsınızsa, ala bilərsiniz. Çünki özünüz işləyə bilməsəniz belə, başqasına icarəyə verib, qazana bilərsiniz”.

Biznesin sərfəli olub, olmadığına gəldikdə isə, Fəridə xanım deyir ki, bir çox biznesdə olduğu kimi bu da sizin özünüzdən asılıdır: “Lazer biznesində qazanc var. Sadəcə olaraq işin gəlirli olması üçün diqqət edilməli məqamlar var. Cihaz seçimi düzgün edilməlidir. Servisə ehtiyac olmayan aparat aldıqda o illərlə sənə xidmət edir, qazanc verir. Cihazın yaxşı olmasa, müştəri təkrar gəlmir. Eyni zamanda, müştəri ilə düzgün davranmaq lazımdır. Deyərdim ki, 40 faiz cihazın keyfiyyətidirsə, 60 faiz insanın özündən asılıdır. Müştəri sizə güvənməlidir. Bir gün üzünə lazerə gəlirsə, digər gün digər nahiyələr üçün də gəlməlidir. Sonra rəfiqəsinə məsləhət görməlidir. Xidmət yaxşı olanda, müştəri artır və biznes daha sərfəli hala gəlir”.

Fəridə Cəfərova lazerə gözəllik salonunda otaq icarəyə götürərək başlamağın daha uyğun olacağını dedi: “İlk dəfə başlayanda kənarda lazer yeri açıb işləmək düz deyil, salonun içində otaq icarələməlisiniz. Gözəllik salonlarının içində otaq icarələrinin qiyməti salonun yerindən və nüfuzundan asılıdır. Qiymətlər adətən 200-dən 500-ə qədər olur. Amma ayrı yer üçün icarə qiymətləri 400 manatdan başlayır. Amma ilk başlayanlar üçün ayrıca yer götürmək məsləhət deyil. Salonda otaq götürərək başlamağın o cəhəti yaxşıdır ki, gələn müştərilər istəyir ki, bütün prosedurları bir yerdə etdirə bilsin. Salonda işləyən ustalar da müştəriləri bir-birinə yönləndirərək bazarı artırırlar”.

İşçi xərcinə gəldikdə, F.Cəfərova bildirdi: “Lazeroloqlara maaş yox, faiz verilir. Bizneslərə görə bu faiz dəyişə bilir. 20-30% aralığında olur”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin