BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
34586

"Amazon"un qurucusu Ceff Bezos aldığı malikanə ilə gündəmə gəlib.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə milyarder iş adamı bu yaxınlarda Florida ştatında yerləşən İndian Krikdə 79 milyon dollara 7 otaqlı malikanə alıb. İndian Krik "Milyarderlər Yuvası"kimi tanınan süni adadır.

Bezosun təxminən 1800 kvadratmetr sahəsi olan yeni malikanəsi təxminən 0,75 hektar ərazidə yerləşir. Malikanədə yeddi yataq və 14 vanna otağı var. "Zillow"dakı elana görə, Bezos mülkü oktyabrın 12-də ucuz qiymətə alıb. Əmlak ilk dəfə may ayında 85 milyon dollara siyahıya alınmışdı. Evin sonuncu satışı 2014-cü ildə 28 milyon dollara olub. 2000-ci ildə inşa edilən bu malikanənin "əbədi Avropa cazibəsini əks etdirən" üslubda dizayn olunduğu bildirilir. Köşkdə ev kinoteatrı, sauna, kitabxana, hovuz, qulluqçu otaqları, şərab anbarı və altı qaraj var. Siyahıya görə, Bezosa ev almaq üçün daşınmaz əmlak agentləri Dina Qoldentayer və Danilo Tavares kömək ediblər. "Bloomberg"ə danışan bir mənbə "Amazon"un 59 yaşlı rəhbərinin adada başqa mülklər ala biləcəyini söyləsə də, "The New York Post", onun iki ay əvvəl  aldığı 68 milyon dollarlıq evi buldozerlə yıxıb meqa malikanə tikməyi planlaşdırdığını yazıb. İndian Krik adasında amerikalı futbol ulduzu Tom Bredi, investor Karl İkan, Jared Kuşner və İvanka Tramp da daxil olmaqla bir çox məşhurlar yaşayır. Təxminən 120 hektarlıq ada Biskayn körfəzində yerləşir və Florida ştatının Mayamidəki ən varlı yerlərindən biri kimi tanınır. 40 sahilyanı mülk və 18 çuxurlu qolf meydançasına əlavə olaraq, bu adada bir klub, bələdiyyə sədri və şəhərin özünün polis qüvvəsi fəaliyyət göstərir,

Sahibkarın Mayamidəki bu milyonlarla dollarlıq mülklərdən başqa evləri də var. Sərvətinin təxminən 156 milyard dollar olduğu təxmin edilən Bezosun, həmçinin Vaşinqton ştatında evləri, "Amazonun" Sitldakı qərargahının yaxınlığında, Beverli Hillsdə 3,6 hektarlıq malikanəsi və Mauidə bir mülkü var. “The New York Post”un yazdığına görə, Bezos 1998 və 2005-ci illərdə "Amazon"un qərargahından 10 mildən az məsafədə cəmi 60 milyon dollara iki ev alıb. Daha sonra milyarder bu iki evi birləşdirib və təxminən 2325 kvadratmetrlik tudor tipli malikanə tikib. 2020-ci ildə Bezos Beverli Hillsdəki malikanəsini musiqi prodüseri David Ceffendən rekord məbləğə - 165 milyon dollara alıb. Biznesmen eyni zamanda Texasda "Blue Origin" kosmik şirkətinin bazası yaxınlığında təxminən 12 min hektarlıq fermaya və Nyu Yorkda Madison Square Parka baxan 96 milyon dollarlıq mənzilə sahibdir.

Bezos nəinki böyük daşınmaz əmlak portfelinə, həm də dünyanın ən bahalı super yaxtalarından biriinə sahibdir. Xəbərlərə görə, "Koru" adlı 127 metr uzunluğundakı bu qayığın inşası Bezosa 485 milyon dollara başa gəlib. Superyaxta bu yay ilk səyahətinə çıxıb və Bezosun beş illik münasibətdən sonra sevgilisi Lauren Sançesə evlilik təklifi etdiyi yer olan İspaniya sahillərindən çıxıb.

Məlumata görə, Bezos "Milyarderlər yuvası"nda satın aldığı evin qonşuluğundakı üçotaqlı sahildə yerləşən mülkü iki ay əvvəl 68 milyon dollara almışdı.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin