BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
34496

"Qanunu pozmaq başqa, mənəvi və əxlaqi normaları pozmaq başqadır".

Valyuta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iş adamı Mixail Fridmanın geri qayıtmasını şərh edərkən deyib.

"Əgər böyük əksəriyyətin, hansısa elitanın bir hissəsi deyil, vətəndaşların böyük əksəriyyətinin fikrincə, insan Rusiyaya qarşı əxlaqsız davranıbsa, təbii ki, bura qayıdanda bunu hiss edəcək. Başqa necə olmalıdır?", deyib.

Bundan əvvəl Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Sultan Həmzəyev milyarder Mixail Fridmana qarşı vətənə xəyanət və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq ittihamı ilə açılmış istintaqa münasibət bildirib. Rusiya parlamentarisinin sözlərinə görə, Fridmanın bütün mümkün pozuntu faktları hərtərəfli öyrənilməlidir. Deputatın fikrincə, Fridmanın bu vəziyyətdə son statusu Baş Prokurorluq və ya məhkəmə tərəfindən müəyyən edilməlidir.

Qeyd edək ki, "Alfa Group"un həmtəsisçisi, milyarder Mixail Fridman Rusiyaya qayıtmağı planlaşdırdığı deyilir. Bu barədə "Mash" "Telegram" kanalı yazır.

Nəşr qeyd edir ki, sahibkar qəfil qayıtmasına cəmiyyətin və hüquq-mühafizə orqanlarının potensial reaksiyasını qiymətləndirmək üçün pərdəarxası danışıqlar aparır: "Ən çox Fridmanın komandası və özü 2022-ci ildə Ukraynaya külli miqdarda ianənin nəticələrindən narahatdır. O və ortağı Peter Aven 150 milyon avro ianə edərək, ABŞ və Avropa İttifaqı sanksiyalarından qurtulmağa ümid edirdi".

Moskva Vəkillər Kollegiyasının idarəedici tərəfdaşı Aleksandr Dobrovinski vəziyyəti gazeta.ru-ya şərh edib: "Mixail Fridmanın Londondakı yaxın çevrəsindən öyrəndim ki, o, Britaniya ədalətindən məyusdur və tezliklə Moskvaya qayıtmağı planlaşdırır. Onun Rusiya Federasiyasının vətəndaşı olduğunu nəzərə alsaq, ölkəyə buraxılmaması üçün heç bir əsas yoxdur”.

Bundan əvvəl Ukrayna məhkəməsi rusiyalı sahibkarlar Mixail Fridman, Pyotr Aven və Andrey Kosoqovun aktivlərinə həbs qoyub. Dondurulmuş aktivlərin ümumi məbləği 17 milyard qrivna (təxminən 46,2 milyard rubl) təşkil edib.

Fridman Britaniyanın "The Times” qəzetinə müsahibəsində İngiltərədə yaşadığı sakitlik və sabitlik hissini itirdiyini bildirib. Sahibkarın sözlərinə görə, bu, Milli Cinayət Agentliyi (NCA) tərəfindən onun Londondakı evində axtarış aparıldıqdan sonra baş verib.

Fridman qeyd edib ki, Böyük Britaniyada Rusiyadan olan bütün varlı mühacirlər cinayətkar sayılırlar: "Mən uzun illər Rusiyada yaşamışam, orada çoxlu böhranlar olub. Daxili gərginlik hissi məni orada heç vaxt tərk etmədi, həmişə vəziyyətin kəskin şəkildə dəyişə biləcəyinə hazır olmaq ehtiyacı var idi. Londonda yaşamağın mühüm üstünlüklərindən biri xoş sakitlik və sabitlik hissi idi. Təəssüf ki, indi bu hiss itib.

Fridman da ona qarşı tətbiq edilən sanksiyaları "siyasi alət” adlandırıb və problemin hətta məhkəmə yolu ilə də həllinin mümkün olacağı qənaətində olmadığını bildirib.

Britaniya səlahiyyətlilərinə görə, Fridmanın sərvəti 10,2 milyard dollardır. O, 2022-ci ildə Avropa İttifaqı və Kanada, 2023-cü ildə isə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. "Alfa Group"un digər təsisçiləri ilə birlikdə sanksiya siyahısına daxil edildikdən sonra Fridman holdinqin direktorlar şurasından istefa verib və oradakı payını satmağı planlaşdırıb. Milyarder Londonda yaşayır. 15 sentyabr 2023-cü ildə NCA sanksiyalardan yayındığı üçün iş adamı ilə bağlı istintaqı başlayıb. Bu araşdırma çərçivəsində Fridmanın Londondakı evində 2022-ci ilin dekabrında axtarış aparılıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir

Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı məhkəmə: Dubaydan böyük məbləğdə pullar gətirmişdim

Son bir ildə 2 minə yaxın şəxs banklarda işləməyə başlayıb

Deputat: "Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur"

İlhamə Turabovaya Milli Məclisdə yüksək vəzifə verildi - Foto

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

Ali Məhkəmədən mirasla bağlı mühüm qərar

"Telegram"ın CEO-su: "Bu tokenləri 10 il ərzində satmayacam"

Bu KOB subyektlərinə “Startap” şəhadətnaməsi verildi - Siyahı

BFB-nin keçmiş sədri investisiya şirkətinin rəhbərliyindən ayrılıb

4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Neftimiz cüzi ucuzlaşdı - Yeni qiymət

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin