BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
34460

2023-cü il sentyabr ayının 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF-nin) aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 13% artaraq 55 524,0 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 878,3 milyon manat, büdcə xərcləri isə 3 587,0 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 227,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 422,1 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 2 651,1 milyon manat təşkil edir.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 3 550,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 6,1 milyon manat yönəldilmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil etmişdir.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 257,8 milyon manat təşkil edib.

2023-cü ilin 3-cü rübünə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.

Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artıb.

Eyni zamanda, inflyasiya dərəcəsinin aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması və buna töhfə verən əmək bazarının dayanıqlılığı ilkin gözləntilərə nisbətən uçot dərəcələrinin daha uzun müddət yuxarı səviyyələrdə qala biləcəyinə işarə edir. İstiqraz bazarlarına gəldikdə isə, faiz dərəcələri cari il ərzində də qalxmağa davam etmişdir ki, bu da öz növbəsində istiqraz dəyərlərinə mənfi təsir göstərib.

Qeyd edək ki, sərt monetar siyasətin davamlı olması nəticəsində şirkətlərin borclarının daha yuxarı faizlə yenidən maliyyələşdirilməsi getdikcə şirkətlərin maliyyə yükünü artıraraq mənfəətliliklərinə mənfi təsir edə bilər. Bu isə öz növbəsində səhm və korporativ istiqraz bazarlarına əlavə risk gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur – VİDEO

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin