Taleh Kazımov: "Azərbaycanda sığorta haqlarının ÜDM-ə nisbəti cəmi 1 %-dir"
Azərbaycanda sığorta haqlarının ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 1,1 %-dir.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Sığorta bazarının yüksək potensialını nəzərə alsaq, bu göstərici kifayət qədər aşağıdır. Məqsədimiz ilk növbədə icbari sığorta növləri üzrə göstərilən xidmətlərin, ümumiyyətlə həmin sığorta növlərinin tənzimlənməsinin daha effektiv, daha şəffaf, istehlakçı yönümlü olmasını təmin etməkdir. Növbəti mərhələdə isə könüllü sığorta növlərinin inkişafını dəstək verməliyik.
Sığorta haqları hər il orta hesabla 25-30 % artır. Sığorta ödənişlərində də demək olar ki, eyni dinamikadır. Lakin, bu sektorda həm institusional, həm də korporativ idarəetmə standartlarının tələblərinə yenidən baxılmalıdır. Hazırda bunun üzərində işlər gedir", - deyə o qeyd edib.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay