BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
34108

Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlərin arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusi ilə də ilin əvvəlində, fevral ayının 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Elə bu günlərdə Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanlar narahat edir. Onlarda qorxu, narahatlıq yaradır.

Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən “proqnozlar”ın yayılması insanları narahat edir.

Bəs əslində real vəziyyət necədir? Doğrudanmı dünyada seysmik aktivlik artıb?

Qeyd etmək lazımdır ki, zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artması nəticəsində baş verdi. Mütəxəssislərin gəldiyi nəticə bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan plitəsində hərəkətlilik artdığına görə bu həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, Yerdaxili proseslər həmişə getdiyinə görə bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır və bu titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır. Bu tip zəlzələlər demək olar ki, hər gün qeydə alınır. Elə AMEA nəzdində RSXM-nin Zəlzələlərinin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında da var. Hansılar ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsi ilə emal olunur.

Bununla belə bəzi vaxtlarda maqnitudası 3-3.5-dən böyük olan və Yer səthində hiss olunan zəlzələlər də baş verir. Bu proses tam təbii baş verdiyinə və Yerin dərin qatlarında getdiyinə görə zəlzələlərin heç bir halda proqnozlaşdırmaq hələ ki mümkün deyil. Yəni zəlzələlərin dəqiq proqnozu Azərbaycanda da yoxdur, dünyanın hər hansı ölkəsində də.

Sadəcə hansısa bölgədə seysmik aktiv zonadadırsa onsuz da həmin bölgədə hansısa vaxtlarda zəlzələ ola bilər və bunu heç kim istisna etmir.

Bu gün seysmologiya elminin qarşısında duran əsas sual da elə zəlzələlərin dəqiq proqnozu ilə bağlıdır və yuxarıda qeyd etdiyim kimi hələ də bu sual açıq qalır.

Zəlzələ baş verən zaman telefonlara gələn xəbərdarlıqlara gəlincə isə qeyd etməliyik ki, bu xəbərdarlıqlar heç də hansısa proqnoz deyil. Zəlzələnin olduğu haqqında məlumatlar onsuz da hansısa ərazidə güclü zəlzələ olması ilə bağlı dünyadakı seysmik stansiyalar şəbəkəsi qeydə alır və Android proqramını hansısa ölkədən o sistemə qoşulublar. Ona görə də hansısa ərazidə zəlzələ baş verəndə bu sistem vasitəsilə dalğanı onlar da görürlər. Və bunun əsasında həmin dalğanın qeydə alındığı ərazi üzrə telefonlara göndərilir. Azərbaycanda baş verən bir-iki zəlzələ zamanı bildirişlər gəlmişdi. Biz o zaman da əhaliyə bu bildirişlərə görə panikaya düşməməyi tövsiyə etmişdik.  Çünki son 2 ayda olan təcrübə göstərdi ki, bəzən gələn bildirişlərdə ərazi düzgün göstərmir. (Məsələn, 18.07.2023-cü ildə Xəzər dənizi-Türkmənistanda baş verən zəlzələ) eləcə də, 23.08.2023-cü il tarixində episentri Cəlilabad-Masallı inzibati sərhədində olan Masallı zəlzələsi zamanı bildirişdə ərazi Xəzər dənizi göstərilmişdir.

Kürdəmirdə baş verən (maqnitudası 5.2 olan) və demək olar ki, bir çox rayonlarda hiss olunan güclü zəlzələ ilə bağlı isə ümumiyyətlə bildiriş gəlməmişdi. Yəni, bütün bunlar bir daha onu deməyə əsas verir ki, baş verən və yaxud baş verəcək zəlzələ ilə bağlı heç kim əvvəldən və hətta təkan baş verən ana qədər bu sahədə proqnoz verə bilməz. Eləcə də telefonlara zəlzələ baş verəndən sonra gələn bildirişlərdə bir çox hallarda məlumatlar (yer, ml) düzgün olmur.

19.09.2023-cü il tarixində Xəzər dənizində yerli vaxtla saat 14:22-də baş verən və maqnitudası 3.8 olan zəlzələ ilə bağlı bildiriş telefonlara 1 saat sonra və bütün parametrləri səhv olmaqla gəlmişdi.

Son 2 ayda olan zəlzələlərlə bağlı gələn bildirişləri müqayisə edib bu nəticəyə gəlirik ki, bu məlumatlar heç də reallığa uyğun olmur. Odur ki, insanlarımıza bir daha Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatlarını izləməyi tövsiyə edirik.

Onu da əlavə edim ki, dünyanın 90% əhalisi seysmogen bölgələrdə yaşayırlar. Heç kim təbii fəlakətlərdən sığortalı olmadığına görə insanlarımız təkcə zəlzələ deyil, ümumilikdə bütün təbiət hadisələri ilə bağlı maarifləndirici məlumatlarla tanış olmalı və hər hansı hadisəyə qarşı psixoloji hazırlamalıdırlar. Bu heç də hansısa zəlzələnin və ya digər təbiət hadisələrin baş verməsi anlamına gəlməməlidir. Sadəcə insanlar bilməlidilər ki, dünyada, eləcə də Azərbaycanda tarixən də zəlzələlər olub və təbii proseslər hər zaman Yerin təkində gedir. Yəni hansısa ərazidə aktivləşmə varsa orada hiss olunmayan və ya zəif hiss olunan zəlzələlər də ola bilər. İnsanlarımız mərkəzin sosial şəbəkə hesablarına daxil olaraq aşağıdakı linklərə daxil olub bu sahədə aparılan maarifləndirmə işlər ilə də tanış ola bilərlər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri  Vüsalə Rafiqqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin