
“Green card”a müraciəti özümüz edək, yoxsa şirkətlər?
“Green card” müraciəti dünəndən bəri başlayıb və 8 noyabra qədər davam edəcək. ABŞ-da qanuni şəkildə yaşamaq icazəsi verən “Green card”a müraciət etmək istəyənlər çox olur. Lakin heç də hər kəs müraciəti necə edəcəyini bilmir. Bu zaman isə bir qisim insan müxtəlif vasitəçi şirkətlərə üz tuturlar.
Mütəxəssis Elçin Qocayev valyuta.az-a açıqlamasında xəbərdarlıq edir ki, bu şirkətlərə aldanmayın: “Bu ərəfədə çoxlu vasitəçi şirkətlərin reklamları peyda olur. Cüzi məbləğ qarşılığında, yaxud elə pulsuz sizin əvəzinizə “Green card” üçün müraciət təklif edir. Adamlar da düşünürlər ki, az məbləğdir, yaxud pulsuzdur, təcrübəli adam etsin. Ancaq bu vasitəçi şirkətlər qeydiyyat zamanı sizə gələn kodu özlərində saxlayırlar. Udduğunuz halda, o kodu sizə vermək üçün 5-10 min manat pul tələb edirlər. O kod olmadan siz “Green card”ı ala bilmirsiniz”.
Elçin Qocayev deyir ki, hər kəs özü müraciəti etsə, daha yaxşı olar: “Özünüz müraciət edin, çox sadədir. Dvprogram.state.gov saytına daxil olursunuz, ad, soyad, doğum tarixi və 5x5 şəkil yükləyirsiniz. Daha sonra kod əldə edirsiniz. 6 may tarixində həmin kodu daxil edərək, “Green card” qazanıb-qazanmadığınızı öyrənirsiniz”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay