Mərkəzi Bank kredit portfeli üzrə dollarlaşma səviyyələrini AÇIQLAYIB
Mərkəzi Bankdan verilən məlumata görə, 2023-cü ilin birinci yarısında bank sisteminin depozit porfelinin dollarlaşması 5,4 faiz bəndi azalaraq 41,7 faiz, kredit portfelinin dollarlaşma səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 19,9 faiz olub.
"Depozit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitlərinin azalması olmuşdur. Son 6 ay ərzində hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 31 milyard manat azalıb ki, bu da hüquqi şəxslər üzrə depozit portfelinin dollarlaşmasının 6,3 faiz bəndi azalaraq 44,6 faizə enməsinə səbəb olub. Hüquqi şəxslərin müddətli depozitləri üzrə də uzunmüddətli de-dollarlaşma trendi davam etmişdir. Ötən ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2,4 faiz bəndi azalaraq 67,7 faiz olub", - Bankın məlumatında deyilir.
Fiziki şəxslərin depozitləri üzrə dollarlaşmanın azalması 2023-cü ilin birinci yarısında da davam edib. Bu ilin birinci yarısında ümumilikdə fiziki şəxslərin cəmi depozitlərinin dollarlaşması 2,7 faiz bəndi azalaraq 37,1 faiz təşkil edib.
"Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir. Belə ki, müddətli depozitlərin dollarlaşması 2023-ci ilin ilk yarısında 2,1 faiz bəndi azalaraq 36,9 faiz olub. Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin xarici valyutada tələbli depozitləri üzrə də dollarlaşmanın azalması müşahidə edilib. Belə ki, fiziki şəxslərin tələbli depozitləri üzrə dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 37,4% faiz olub",- deyə Mərkəzi Bankdan bildiriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay