"Bank sektorunun səviyyəsi Mərkəzi Bankı da qane etmir" - Ekspert
"Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağı olması ölkə iqtisadiyyatının güclü olmamasından irəli gəlir".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatı neft-qaz üstündə qurulduğuna görə, qeyri-neft sektorunda ciddi inkişaf meylləri yoxdur:
“Yavaş-yavaş qeyri-neft sektoru artır. Hələ onun artım potensialı böyük deyil. Azərbaycanın qeyri-neft ixracatı qonşu ölkələrlə müqayisədə iki dəfə daha azdır. Bizim maliyyə sektoru zəif iqtisadiyyat strukturuna əsaslandığına görə güclü deyil. Burada eyni zamanda xidmətlərin yaxşılaşdırılması üçün güclü xarici ölkə banklarının Azərbaycana cəlb edilməsi və ölkə bazarına girməsi vacibdir”.
Ekspert vurğulayıb ki, Azərbaycanda bank sektorunun indiki inkişaf səviyyəsi Mərkəzi Bankın özünü də qane etmir:
“Bank sektorunun maliyyə dərinliyi göstəricisi bençmakdır. Onlar Azərbaycana oxşar və nisbətən yaxşı bank sektoru olan ölkələri seçib, müqayisə ediblər. Baxırlar ki, bizdə bu hələ yaxşı inkişaf etməyib. Azərbaycanda demək olar ki, investisiya bankları yoxdur, ancaq depozit götürüb kredit verməklə məşğuldurlar”.
Xalid Kərimli qeyd edib ki, ümumi şəkildə ölkənin maliyyə bank sektoru zəifdir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay