Bank
04.10.2023 / 15:15
Azərbaycanda qeyri-işlək kredit əmsalı tarixi minimum səviyyəsinə düşüb
33794
2023-cü ilin ilk altı ayında qeyri-işlək portfelin həcmi 0.7% azalaraq 0.7 mlrd. təşkil edib. Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0.4 faiz bəndi azalaraq 3.4% olub. Hazırda qeyri-işlək kredit (QİK) əmsalı göstəricisi tarixi minimum səviyyəsindədir.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Qeyd edək ki, QİK portfelinin azalması banklarda risklərin idarəedilməsi çərçivəsinin təkmilləşdirilməsi ilə yanaşı ödəmə qabiliyyətini itirmiş bankın sistemdən kənarlaşdırılması, həmçinin problemli kreditlərin balansdan silinməsi hesabına dəstəklənib. Yarımil ərzində 43 mln. manat məbləğində silinmə baş verilib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay