"Azersky" peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi, missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" – Yerin məsafədən müşahidə peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək.
Valyuta.az xəbər verir ki, bunu "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Bu məsələdə 10-dan çox xarici sığorta şirkəti iştirak etdiyi üçün proses uzun çəkir, amma bu ilin sonuna qədər ödəniş olacaq. Məbləğ kommersiya sirri olduğu üçün açıqlanmır", - deyə o qeyd edib.
S.Əsədov onu da bildirib ki, orbitə buraxılması planlaşdırılan "Azersky-2" peyki əvvəlki peyklə müqayisədə ucuz başa gələcək, həm də daha keyfiyyətli şəkil çəkəcək. Bununla belə, sədr yeni peykin dəyərinin nə qədər olduğunu da açıqlamayıb.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay