"Bu, mümkün riskləri optimallaşdırmaq məqsədi daşıyır" - Ekspert
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın 2024-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Cari il üçün də neftin bir barrelinin qiyməti 60 dollar müəyyənləşib.
Valyuta.az-a açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, neftin bir barrelinin gələn il üçün də 60 dollardan götürülməsi mümkün riskləri optimallaşdırmaq məqsədi daşıyır:
“Əsas odur ki, qiymət proqnoz göstəricisindən aşağı olmasın. Hansı ki, o zaman büdcəyə daha az gəlir gələr və onun da nəticəsində hökumət qarşısında duran vəzifələri icra etməkdə çətinlik çəkər. Ona görə də bu il üçün brend markalı neftin orta qiymətini 82-85 dollar səviyyəsində proqnozlaşdırırlarsa, gələn il üçün beynəlxalq enerji agentliklərinin proqnozlarında qiymətin təxminən 5 dollar aşağı düşmə ehtimalı əsas götürülür. Hətta 2025-ci il üçün ondan da aşağı olacaq bir qiymət göstərilir. Reallıqda necə olacağını isə zaman göstərəcək. İqlim dəyişmələrindən tutmuş, siyasi münasibətlərə qədər proqnoz ediləsi məsələlər getdikcə mürəkkəbləşir. Bu baxımdan neftin bir barrelinin gələn il üçün də 60 dollardan götürülməsi normal haldır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay