Kollektor agentliyi “PAŞA Bank”a borcunu bağlamaq üçün başqa bankdan milyonluq kredit götürüb
“BOA Agentliyi” MMC “PAŞA Bank”a borcunu bağlamaq üçün “Xalq Bank”dan 4 milyon manatdan çox kredit götürüb.
Valyuta.az-ın kollektor agentliyindən əldə etdiyi məlumata görə, “Xalq Bank”la sözügedən kredit müqaviləsi bu il mayın 10-da bağlanıb. Bildirilib ki, 4 milyon 350 min manat həcmdə kredit müqaviləsi illik faiz dərəcəsi 12% olmaqla 3 il müddətinə bağlanılıb.
Şirkət bu il mayın 17-də dövriyyə vəsaitlərinin artırılması ilə bağlı eyni şərtlərlə əlavə olaraq 1 milyon 150 min manat həcmində kredit müqaviləsi bağlayıb.
Qeyd edək ki, “BOA Agentliyi” 2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti vaxtı ötmüş kreditlərin qaytarılmasını təmin etməkdir. Onun səhmlərinin 50%-i Yadulla Vaqif oğlu Yusifova, 50%-i isə Rüstəm Rauf oğlu Hacıyevə məxsusdur.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay