BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
32879

“Ümumiyyətlə avtomobil alarkən Çin istehsalı olan, lizinqlə alınan avtomobil demədən diqqət edilməli bir çox məsələlər var”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa ölkəyə ucuz qiymətə gətirilən Çin istehsalı maşınlar haqqında danışarkən deyib. 

Ekspert bildirib ki, bahalı brend markalar - Almaniya, İtaliya, Çin, Yaponiya, Koreya və s. istehsalı olan avtomobillər var, lakin avtomobil alarkən hər kəs öz büdcəsinə görə maşın almağa çalışır:

“Hər bir ölkənin bahalı və ucuz avtomobili var. Amma yeni, 0 kilometr avtomobildən söhbət gedirsə, çalışmaq lazımdır ki, bu, dilerdən alınsın. Çünki dilerdən alınan avtomobillərin rəsmi zəmanəti olur. Həmçinin həmin avtomobilə servis xidməti təklif edilir. Bir qəza törətdikdə, xarab olduqda avtomobili düzəltdirmək üçün aylarla vaxt itirmirsən. İndi bəzən avtomobilə 100 000, 150 000, 200 000 km, yaxud 3 il, 5 il zəmanət verilir. Bu zəmanət başa çatmayana qədər avtomobildə hansısa texniki nasazlıq olarsa, bunu həmin diler qarşılayır. Dilerdən yox, hər hansı şəxsdən aldıqda zəmanət olmur”. 

Yasin Mustafanın sözlərinə görə, bəzən ölkəyə yeni adı ilə yenilənmiş avtomobillər gətirirlər:

“Həmin maşınları elə yeniləyirlər ki, sadə vətəndaşlar bunu görə bilmir. Diler isə ölkəyə belə avtomobil gətirmir. Çünki dilerlik müqaviləsində elə ağır cəzalar tətbiq edilə bilər ki, belə avtomobilləri ölkəyə gətirməz. Amma ölkəyə fərdi şəkildə maşın gətirib satanlar isə belə əyri yollara baş vura bilirlər. Əsas tövsiyəmiz odur ki, bu avtomobilləri dilerdən, zəmanətlə alsınlar və həmin avtomobillərin ölkədə servisi olsun ki, sonrakı dövrlərdə çətinlik çəkməsinlər”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin