Ekspert
07.09.2023 / 20:57
Bankların daxili ipoteka faizləri: İri banklarda niyə azdır?
32522
"İri bankların daxili ipotekasının aşağı faizlə olması bir daha göstərir ki, onlar inhisarçı banklardır".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların daxili ipoteka kreditləri üzrə faiz dərəcələrindən danışarkən deyib.
Ekspert bildirib ki, həmin banklar məhz inhisar nəticəsində müştəri bazası yığıb:
“Yəni, vətəndaşlar yox, şirkət və dövlət qurumlarının pulları həmin banklardadır. Ona görə də həmin bankların pulu çoxdur. Onlar bu səbəbdən pulu hara və necə xərcləyəcəklərini bilmirlər”.
Əkrəm Həsənovun sözlərinə görə, pulu çox olan iri banklar ucuz ipoteka krediti verə bilir:
"Amma digər bankların pulu yoxdur. Banklar 12 faizlə əmanət qəbul edirlər".
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay