BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32468

Gənc qalmaq üçün oğlunun qanını öz bədəninə köçürən Brayan Cohnson indi cinsiyyət orqanın cavanlaşdırma terapiyasına başlayıb.

Valyuta.az xəbər verir ki, gənc qalmaq üçün son altı ayda müxtəlif prosedurlara iki milyon dollardan çox pul xərclədiyi deyilən Conson 18 yaşlı bir yeniyetmənin beyin, ürək, ağciyər, qaraciyər, böyrək, vətər, diş, dəri, saç, sidik kisəsi, həmçinin penisinə və düz bağırsağına sahib olmağı hədəfləyib.

Consonun tibbi qrupu əvvəlcə pəhriz və idmana diqqət yetirir. O, həmçinin bitki əsaslı pəhriz və xüsusi nəzərdə tutulmuş idman və yuxu cədvəlinə sadiq qalır. Bundan başqa bir sıra dərmanlar və qida əlavələri qəbul edən milyonçu 17 yaşlı oğlundan özünə qan köçürür. Milyonçu əvvəllər profili, bədən kütləsi indeksi, ümumi sağlamlıq vəziyyəti, pəhriz və qan qrupu əsasında diqqətlə seçdiyi donordan da qan köçürmüşdü. Conson beyin fəaliyyətini izləyə və qeyd edə bilən texnologiyalar hazırlayan “Kernel” şirkətinin yaradıcısıdır. O, həmçinin erkən mərhələdə texnoloji startaplara sərmayə qoyan vençur kapitalı firması “OS Fund”un baş direktorudur.

Sahibkarın hazırda gənc olmaq üçün cinsi aspektlərə diqqət yetirdiyi öyrənilib. O, keçən ay Tvitterdə "Mən penis cavanlaşdırma protokoluna başladım" kimi paylaşım edib. Conson daha sonra həmin prosedur haqqında ətraflı məlumat da verib. Sözügedən prosedurun şok dalğası terapiyasının bir forması olduğunu deyib. Prosesdə qan axınını stimullaşdırmaq üçün penis toxumasına səs dalğaları göndərilir. Aşağı intensivlikli şok dalğa terapiyasının vaskulogenik erektil disfunksiya (penisdə qan axınının azalması) olan insanlar üçün işləyə biləcəyinə dair bəzi sübutlar var. Milyonçu şirkət rəhbəri də bundan istifadə etməyi üstün tutur. Sahibkar prosedurun tətbiqinin məqsədini belə izah edib:

“Biz bunun gecə ereksiyasının ümumi müddətini, cinsi performansı, məmnunluğu və tibbi təsvirə əsaslanan penis markerlərini yaxşılaşdırıb-yaxşılamadığını yoxlayırıq. Terapiya, hətta nəzərdə tutulduğu məqsəd üçün istifadə edildikdə də bəzi çatışmazlıqlara malikdir. Məsələn, prosedur zamanı mənfi təsirlərə penis dərisinin göyərməsi, infeksiya, hematoma, hematuriya, infeksiya və ağrılı ereksiya daxil ola bilər. İnfeksiya və ya ağrı səbəbiylə cinsi əlaqədə çətinlik yaşana bilər”.

Milyonerin bu addımları gənc qalmaq üçün uşaqların qanına ehtiyacı olan vampir və cadugərlərin hekayələrini xatırladır. Lakin 2021-ci ildə siçanlar üzərində aparılan təcrübələr bu üsulun ən azı heyvanlarda işləyə biləcəyini göstərdi. Belə ki, ABŞ-nin Pittsburq Universitetinin alimləri belə nəticəyə gəliblər ki, gənc siçanlardan ötürülən qan sayəsində yaşlı siçanlarda əzələlər, hüceyrələr və toxumalar bərpa olunub. Ancaq bu üsulun insanlarda hansı effektləri verdiyi məlum deyil. Bu səbəbdən ABŞ Qida və Dərman İdarəsi (FDA) 2019-cu ildə gənclərə qanköçürmələrlə bağlı xəbərdarlıq edib. 

Elmir


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin