Mərkəzi Bankın valyuta ehtiyatları kəskin artıb: Səbəb nədir?
Bu ilin sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib. AMB-nin məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 1,3 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % artıb.
Maliyyə-bank eksperti Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, AMB-nin valyuta ehtiyatları əsasən iki səbəbdən artır:
“Bu Mərkəzi Bankın ölkədə az valyuta satması və daha çox valyuta alması ilə bağlıdır. Daxildə vətəndaşlar və sahibkarların xarici valyutaya ehtiyacın az, milli valyutaya isə çox olması fonunda hamı manatı banklara satır. Banklar da sonradan onu Mərkəzi Banka satır. Mərkəzi Bank da öz növbəsində milli valyuta verib, əvəzində xarici valyuta əldə edir. Mərkəzi Bank uçot dərəcəsini artırmaqla ölkədə iqtisadi aktivliyi artırmağa çalışır. Nəticədə milli valyutaya da tələbat artır. Digər tərəfdən, MB əlindəki xarici valyutanı elə-belə saxlamır. Onu xaricdə hansısa qiymətli kağızlara qoyur. Belədə oradan da gəlir əldə edir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay