BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32088

2023-cü ilin ilk yeddi ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 13,45 milyon manat təşkil edib.

Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 9,2 milyon manat olub. 2022-ci ilin yanvar-iyul aylarında “Xalq Sığorta” 22,7 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması fonunda “Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə 4,5% və ya 651 min manat artaraq 15,14 milyon manata yüksəlib. 2022-ci ilin ilk yeddi ayında bu rəqəm 14,5 milyon manat təşkil etmişdi.

Ümumilikdə, sığorta şirkətinin ödənişləri yığımlarını 1,7 milyon manata yaxın üstələyib. Bu isə onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 63,9 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 112,6 manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin may ayında səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinə Roman Vəliyev sədr təyin edilib. Rəqəmlər isə onu göstərir ki, menecmentdəki dəyişiklik şirkətin bazardakı vəziyyətinə hələlik təsir göstərə bilməyib. 

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Mahir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin