BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32032

2003-cü il martın 18-də baş verən İraq Mərkəzi Bankının soyulması hadisəsi tarixin ən böyük oğurluğu kimi qeydə alınıb.

Valyuta.az xəbər verir ki, söhbət bir milyard dollardan gedir. Ən maraqlısı, bu soyğunun məhz bütün dünyada diktator kimi tanınan  Səddam Hüseyn tərəfindən həyata keçirilməsi idi. ABŞ-nin İraqı işğal edəcəyini əvvəlcədən öyrənən dünya şöhrətli diktator anlayırdı ki, müharibə başlayandan sonra ölkə daxilində istədiyi kimi hərəkət edə bilməyəcək. İşlərin onun üçün nə qədər çətin ola biləcəyini anlayan Səddam, oğlu Qusay Hüseyni İraq Mərkəzi Bankında soyğun həyata keçirilməsinə razı salır.

2003-cü il martın 18-də, İkinci Körfəz müharibəsi başlamazdan iki gün əvvəl Səddamın oğlu Qusay İraq Mərkəzi Bankına gedir və atasının əlyazma qeydini təqdim edir. Əlyazmada pulun Amerikanın təcavüzündən qorumaq üçün lazım olduğu bildirilirdi. Beş saat davam edən əməliyyatda bir milyard dollar məbləğində əsginas metal qutulara doldurularaq üç yük maşını ilə qaçırılır. Bunun qanunsuz olub-olmadığı da məlum deyildi, çünki Səddam ölkə hökumətinə birbaşa nəzarət edən diktator idi.

Əməliyyatda heç bir silahdan istifadə edilməyib və pulun tam hesablanmasına beş saat sərf olunub. Söhbət o qədər böyük puldan gedir ki, bunu ən sakit bank quldurluğu kimi də qələmə vermək mümkündür. Bu əməliyyatdan bir gün sonra koalisiya qüvvələri Bağdaddakı prezident sarayına hava zərbəsi endirir. Aprelin doqquzunda ABŞ Bağdadı tamamilə ələ keçirir, lakin pulu tapa bilmirlər.

Qaçırılan pulların 661 milyon dolları bir neçə ay, Qusayın qardaşı Udayın ABŞ tərəfindən edam edilməsindən sonra, Səddamın bunkerlərindən birində tapılır. ABŞ bu pulları İraq daxilində müqaviməti gücləndirmək üçün istifadə edəcəyini əsas gətirərək ələ keçirir. Qalan 359 milyon dolların isə filmlərdəki kimi, ABŞ ordusu arasında bölüşdürüldüyü təxmin edilir. ABŞ-da indiyədək qalan pulun yalnız 18,9 milyon dolları FTB tərəfindən tapılıb və altı nəfər yüksək rütbəli Amerika əsgəri nəzarətə götürülüb. Həmçinin 2012-ci ildə Pentaqonda tapılan 661 milyon dolların 100 milyonunun itdiyi açıqlanmışdı. O dövrdə bir çoxları quldurluğu 2001-ci ildə baş verən 11 sentyabr hadisələrinin qisası hesab edirdi. 

Bu hadisə İkinci Körfəz müharibəsinin başlamasının ən mühüm səbəblərindən biri olmaqla yanaşı, imperializmin Yaxın Şərqdə yüksəlişinə zəmin də hazırladı.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin