"Üzən məzənnəyə keçid olmadıqca dollara tələbat yüksək olacaq" - Ekspert
Avqust ayında keçirilən 3 hərracda dollara tələbatın xeyli artdığı müşahidə olunur. Rəsmi məlumatlara görə, bu 3 hərracda 162 milyon 530 min dollar satılıb. Avqustun 17-dəki hərracda 41,3 milyon dollar alınmışdısa, avqustun 22-də 59,9 milyon, dünən baş tutan hərracda isə 61,33 milyon dollar satılıb.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, nə qədər manat üzən məzənnəyə keçməyib, daxili istehsal yerli tələbatın 80-90 faizini ödəyə bilmir, dollara tələbat belə yüksək olaraq qalacaq:
“Sərhədlər açıq olan vaxtlar, yay aylarında adətən Azərbaycana geniş turist axını olurdu. Həmin turistlər də özlərilə dollar gətirib xərcləyirdi. Ona görə də əvvəlki dövrlərin yay aylarında dollara tələbat bir qədər azalırdı. İndi isə sərhədlər qapalı olduğundan turist axını da geniş deyil. Ölkənin məhsul istehsalı da ildən-ilə azalır. Ona görə də ölkə daxilində dollara tələbat artır. Hökumət bu tələbatı qarşılaya bilməsə, onda manatın mövcud məzənnəsi də saxlanıla bilməz. Habelə, ölkəyə mal idxalı da minimuma enə bilər. Nə qədər ki, manat üzən məzənnəyə keçməyib, daxili istehsal yerli tələbatın 80-90 faizini ödəyə bilmir, dollara tələbat da yüksək olaraq qalacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay