Paytaxt və ətraf ərazilərdə artan urbanizasiya - Regionlara marağı necə artırmaq olar?
“İstər pərakəndə ticarət dövriyyəsində, istərsə də xidmət sahəsində, o cümlədən ictimai iaşə obyeklərinin dövriyyəsində, enerji istehlakında, hətta kredit qoyuluşunda belə paytaxtın çəkisi çox yuxarıdır”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov Azərbaycan əhalisinin Bakı və Abşeron yarımadasında məskunlaşmasının səbəbləri haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, bu, urbanizasiya prosesidir:
“Lakin daha yaxşı olardı ki, bu urbanizasiya prosesi bir şəhər ətrafında deyil, bir neçə şəhər ətrafında olsun. Bu da regionların inkişafına öz töhvəsini verər. Məsələn, Gəncənin böyüməsi o regionda digər ətraf ərazilərə öz töhvəsini verər".
Eldəniz Əmirov bildirib ki, rəsmi statistikaya görə, şəhər əhalisi kənd əhalisindən o qədər çox deyil, lakin qeyri-rəsmi açıqlanan məlumatlar, o cümlədən vizual olaraq görüntülər paytaxt və ətraf ərazilərdə daha çox sayda insanın yaşadığını və fəaliyyət göstərməsinə əsas verir:
“Hesab edirəm ki, paytaxtda bu qədər təmərküzləşmənin qarşısının alınması üçün mütləq şəkildə regional inkişafa, bunun üçün isə kiçik və orta sahibkarlığın inkişafına nail olunmalıdır:
"Regionların inkişafı üçün mütləq şəkildə kiçik və orta sahibkarlığın inkişafı çox vacibdir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay