“AGBank” keçmiş işçisi tərəfindən məhkəməyə verildi
“AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) keçmiş işçisi tərəfindən məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, bankın işçisi olmuş İslamzadə Gülarə Dadaş qızı Nəsimi Rayon Məhkəməsində “AGBank”a qarşı iddia qaldırıb.
Onun iddiası hakim Nail Abbasovun icraatındadır. İşin mahiyyəti barədə detallı məlumat yoxdur.
"AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 400 000 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.
Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.
"AGBank”ın səhmlərinin 33 faizi keçmiş deputat Çingiz Əsədullayev və ailəsinə məxsus olub. Çingiz Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dost olması "AGBank”ın keçmiş MTN şefinə bağlılığı barədə qənaət formalaşdırıb.
2020-ci ildə “AGBank”ın lisenziyası ləğv edilib. Bank hazırda ləğv prosesindədir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay