Problemli kreditlərin azalmasına səbəb nədir? (ŞƏRH)
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu il avqustun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7 faiz, son 1 ildə isə 25,3 faiz azalıb.
Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2 faiz təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, 2022-ci ilin sonuna 2,9 faiz, ötən il iyunun sonuna isə 3,5 faiz olub.
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında problemli kreditlərin azalmasının səbəblərini açıqlayıb:
“Vaxtı keçmiş kreditlərin həcminin azalmasının ilk növbədə səbəbi yeni problemli kreditlərin verilməməsilə bağlıdır. Problemli kreditlərin verilməməsi üçün artıq öncədən kifayət qədər araşdırma işləri aparılır.
Digər tərəfdən, artıq mütəmadi olaraq banklarla müştərilər arasında ünsiyyətin normallaşması istiqamətində danışıqlara getməklə məsələnin həlli istiqamətində məhkəmə predmeti olmadan yolların tapılması da sözügedən göstəricinin azalmasına gətirib çıxarıb. Əvvəllər daha çox məhkəmə orqanlarına müraciət edilməklə məsələ daha da uzadılırdı. İndi isə diferensial qaydada banklar bu məsələlərdə vətəndaşlarla ünsiyyətə üstünlük verir.
Başqa bir tərəfdən, artıq vətəndaşların əksəriyyəti ödəyə bilməyəcəyi istehlak kreditini almaq üçün banka getmir. Sorğular göstərir ki, insanlarda daha çox qənaətçilik paradoksu hərəkətə gəlib. Yəni insanlar artıq lazımsız şeyləri almır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay