Dünya
15.08.2023 / 09:52
UBS Bank 1,44 milyard dollar ödəməyə razılaşdı
31512
İsveçrənin UBS Bank qrupu ipoteka ilə təmin edilmiş qiymətli kağızlar və 2008-2009-cu illərin maliyyə böhranı ilə bağlı iş üzrə ABŞ Ədliyyə Departamentinin ittihamlarını həll etmək üçün 1,44 milyard dollar cərimə ödəyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"UBS AG və ABŞ-dakı bir sıra əlaqəli qurumlar mülki işi həll etmək üçün ipoteka ilə təminatlı qiymətli kağızların zaminliyi və emissiyasıyla bağlı qeyri-adekvat hərəkətlərə görə 1,435 milyard dollar cərimə ödəməyə razılaşıblar", deyə açıqlamada bildirilib.
Federal prokurorlar bankı 2006 və 2007-ci illərdə aldıqları ipoteka ilə təmin olunmuş qiymətli kağızlarla bağlı "investorları aldatmaqda" ittiham ediblər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay