BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
31423

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılıb. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə xidmətlər zərfindəki tibbi xidmətlərin sayı 3 min 344-ə çatdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Valyuta.Az-a verilən məlumata görə, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir.

Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da xidmətlər zərfi ilə təminata alınıb. Qeyd edək ki, transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.

Eyni zamanda 1390 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Tarifləri artırılan xidmətlərə misal olaraq bunları qeyd etmək olar:

İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə:

• İxtisaslı həkim müayinəsi – 17 manatdan 25 manata artıb

• Ginekoloqun müayinəsi (USM ilə)- 25 manatdan 35 manata artıb

Laboratoriya xidməti üzrə:

• Hepatit B səthi anticismi (HBsAb) – 5 manatdan 16 manata artıb

• Kalsiferol (Vitamin D) - 13 manatdan 21 manata artıb

Stasionar tibbi xidmətlər üzrə:

• Doğuşa əllə yardım – 350 manatdan 500 manata artıb

• Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı – 4 min manatdan 4 min 500 manata artıb

Xidmətlər zərfinə edilmiş digər dəyişikliklərə əsasən il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub.

Yenilənmiş xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə qeyd olunan linkdən tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin