Qida
12.08.2023 / 10:52
Ulyanovskdan Azərbaycana 208 ton ət məhsulları göndərilib
31417
Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana 208 ton ət məhsulları göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Bildirilib ki, “Çerkizov Ət Emalı Zavodu” SC-nin Ulyanovsk filialı Azərbaycana 12 partiya ət məhsulları (kolbasa məmulatları) göndərib. Məhsullar “Rosselxoznadzor”un Çuvaşıstan və Ulyanovsk üzrə İdarəsinin inspektorları tərəfindən yoxlanılıb. İxrac olunan məhsullar Azərbaycanın idxal tələblərinə uyğun gəlir, keyfiyyəti və təhlükəsizliyi laboratoriya yoxlamaları ilə təsdiqlənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay