Çin şirkətləri qorxuya düşdü, 5 milyard dollarlıq ABŞ çipi sifariş etdi
Böyük Çin şirkətləri ABŞ-ın süni intellekt texnologiyaları üçün istifadə edilən çiplərin Çinə ixracına yeni məhdudiyyətlər tətbiq etməsindən qorxaraq, təcili olaraq Amerika istehsalçısı "Nvidia"dan çiplər almağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, Çinin şirkətləri artıq 5 milyard dollarlıq sifarişlər veriblər. Söhbət generativ süni intellekt sistemlərinin yaradılması üçün lazım olan yüksək performanslı "Nvidia" çiplərinin alınmasından gedir.
"Baidu", "ByteDance", "Tencent" və "Alibaba" 1 milyard dollar dəyərində 100 minə yaxın A800 prosessoru sifariş edib. Çin şirkətləri həmçinin 4 milyard dollarlıq GPU alıblar.
Adının açıqlanmasını istəməyən "Baidu" işçilərindən biri "Nvidia" çipləri olmadan hər hansı əsas dil modelinin təlimini davam etdirməyin mümkün olmayacağını deyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay