İran sentyabrın sonuna kimi neft hasilatını 16% artıracaq
İran sentyabrın üçüncü ongünlüyünə qədər neft hasilatını təqribən 16% və ya sutkada 3,5 milyon barelə qədər artıracaq.
Valyuta.az xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin baş direktoru Roknəddin Cavadi deyib.
Mayın əvvəlində İranın neft naziri Cavad Ouci bildirib ki, neft hasilatının həcmi sutkada 3 milyon bareli keçib. İyulun əvvəlində nazir həmçinin qeyd edib ki, İran hakimiyyəti neft və qaz hasilatını artırmaq niyyətindədir.
"Yaxın iki həftə ərzində İranda dəniz və quru yataqlarında neft hasilatının həcmi ümumilikdə 150 min barel artacaq. Sentyabrın sonunadək hazırkı hasilat həcminə daha 100 min barel əlavə olunacaq və sentyabrda neft hasilatı sutkada 3,5 milyon barelə çatacaq”, deyə Cavad Ouci bildirib.
İranda Neft Nazirliyi və İran Dövlət Neft Şirkəti ölkədə neft və təbii qazın kəşfiyyatı, hasilatı, nəqli, emalı və ixracına cavabdehdir. Şirkət 1948-ci ildə yaradılıb, səhmlərinin 100%-i dövlətə məxsusdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay