Avropalı sinoptiklər 2023-cü ilin iyulunu tarixin ən isti ayı adlandırdı
Avropa İttifaqının (Aİ) Yer üzərində müşahidə proqramı olan Kopernikdən verilən məlumata görə, 2023-cü ilin iyul ayı tarixin ən isti ayı olub.
Valyuta.az xəbər verir ki, ötən ayın orta temperaturu 16,63 dərəcəyə çatıb.
Bu ilin iyulu əvvəlki rekordun qeydə alındığı 2019-cu ilin iyulundan 0,33 dərəcə isti olub. Həmçinin iyulda temperatur 1991-2020-ci illərin orta iyul temperaturundan 0,72 dərəcə yüksək olub.
Şimal yarımkürəsinin bir çox regionlarında, o cümlədən Avropanın cənubunda istilik dalğaları qeydə alınıb. Okeanların temperaturu 20,96 dərəcəyə yüksəlib ki, bu da maksimumdur. Əvvəlki rekord 20,95 dətəcə 2016-cı ilin martında qeydə alınıb.
“İyul ayında qlobal hava və okean səthinin temperaturunun yeni rekordlar vurmasının şahidi olduq. Bu qeydlərin həm insanlar, həm də planet üçün dağıdıcı nəticələri var”, deyə Kopernik direktorunun müavini Samanta Burqess bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay