Rusiya ilə Çin arasında ticarət dövriyyəsi yeddi ayda 36,5% artıb
Yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 36,5% artaraq 134,1 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir. Çindən Rusiyaya ixrac 73,4% artaraq 62,54 milyard dollara, Rusiya mal və xidmətlərinin idxalı isə 15,1% artaraq 71,55 milyard dollara çatıb.
TASS yazır ki, Rusiyanın hesabat dövründə müsbət saldosu 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 2,7 dəfə azalaraq 9 milyard dollar təşkil edib. İyulda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi iyun ayı ilə müqayisədə 6,4% azalaraq 19,48 milyard dollara çatıb. Rusiyadan idxal aylıq olaraq 18,3% azalaraq 9,2 milyard dollar olub.
Rusiya Federasiyası prezidentinin köməkçisi Maksim Oreşkin Rusiya ilə ticarət baxımından Avropa İttifaqından yan keçən Çini Rusiyanın əsas tərəfdaşı adlandırıb. Baş nazir Mixail Mişustin bildirib ki, iki ölkə arasında transsərhəd ödənişlərin 70%-i rubl və yuanla həyata keçirilir. 2022-ci ilin sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,3% artaraq 190,27 milyard dollara çatıb ki, bu da rekord göstəricidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay