KİV: Bayden neft qiymətlərinə görə çıxılmaz vəziyyətdə qalıb
ABŞ prezidenti Co Bayden neft qiymətləri və OPEC+-in qiymətləri müəyyən səviyyədə saxlamaq niyyəti ilə bağlı çıxılmaz vəziyyətə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti yazır.
“Bayden çətin vəziyyətdə” başlıqlı məqalədə bildirilir ki, ABŞ neft hasilatını artırmayacağına söz verdikdən sonra çıxılmaz vəziyyətdə qalıb. Məqaləyə görə, Bayden administrasiyası bu vəziyyətdə heç nəyi dəyişə bilməyəcək.
Neftə qlobal tələbat artır, təklif isə məhduddur. OPEC+ qiymətlərin azaldılmasına icazə verə bilməz, çünki bu, təşkilata üzv olan ölkələrin büdcəsinə mənfi təsir göstərəcək. Nəşrin jurnalistləri qlobal tənəzzüllə bağlı xəbərlərə əhəmiyyət verməməyi təklif edirlər, çünki rəqəmlər bunun əksini göstərir.
Eyni zamanda, ABŞ-ın strateji neft ehtiyatı 1983-cü ilin avqustundan bəri ən aşağı səviyyədədir. 2022-ci ilin əvvəlində yeraltı anbarlarda təqribən 600 milyon barel neft var idisə, hazırda bu rəqəm 347 milyondur. Ötən il yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin aşağı salınması üçün 180 milyon bareldən istifadə edilib.
Müəlliflər qeyd edirlər ki, Ağ Ev 2023-cü ilin əvvəlində neftin qiymətinin bir barel üçün 80 dollardan aşağı olduğu və bəzən 60 dollara düşdüyü vaxtda tədarükünü artıra bilərdi.
Məqalə müəllifi istehza ilə yazır: “Mən Bayden administrasiyasında qiymətlərə kimin nəzarət etdiyini bilmirəm, amma bu adamın vəziyyətdən xəbəri olmadığı açıq-aydın görünür”.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay